J.Todt: Maks Mixael kimi döyüşçüdür

Ferrari-nin və FİA-nın sabiq rəhbəri Maks Ferstappeni əfsanəvi Mixael Şumaxerlə müqayisə edib.

F-1.az xəbər verir ki, Todt onların arasındakı oxşarlıqlardan bhs etməklə yanaşı, Şumaxerin bir neçə xarakterindən də bəhs edib.

Jan Todt: “Maks sürətlidir, az səhv edir. O, Mixael kimi döyüşçüdür. Amma mən Maksı bir insan kimi mühakimə edəcək qədər yaxşı tanımıram.

Mixael ictimaiyyət qarşısında bir az təkəbbürlü, bəlkə də xoşagəlməz görünürdü, lakin bu, utancaqlığını gizlətmək üçün idi. O, təvazökar idi, özündən şübhələnirdi və heç vaxt komandanı günahlandırmırdı, hətta bizim günahımızdan Silverstounda əyləcləri sıradan çıxsa belə”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*