R.Şumaxer: Fettel Həmiltonu əvəz edə bilər

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer düşünür ki, Həmilton təqaüdə çıxacağı halda, onu Fettel əvəz etməlidir.

F-1.az xatırladır ki, Əbu Dabi yarışında yaşananlardan sonra əksəriyyət Həmiltonun idmandan gedəcəyini iddia edir.

Ralf Şumaxer: “Sebastyanın təcrübəsi və sürəti hələ itməyib. Üstəlik Mercedes-in güc qurğusunu tanıyır, çünki Aston Martin-in konsepti Mercedes-in konseptinə yaxındır. Əgər Sebastyanın Mercedes-də yarışmaq şansı olsaydı, bunu dəyərləndirərdi, çünki o, qələbələr qazanmaq istəyir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*