16 Sentyabr 2019, Bazar ertəsi - 12:29

S.Fettel təkərlərdən narazıdır

S.Fettel təkərlərdən narazıdır

Müəllif: Rauf Hacıyev, redaktor

09:10 - 26 May, 2019

Ferrari komandasının sürücüsü Sebastyan Fettel sıralanma turundan sonra təkərləri günahlandırıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü sonuncu Monakodakı sərbəst yürüşlərdə Ste Devetda qəza etmiş və işləyə bilməmişdi. Amma dördqat Dünya Çempionu sıralanma turunda da divarlarla təmasa davam edib. La Raskaz döngəsində sol ön təkərini kilitləyən Fettel daha sonra hovuz hissəsində divara sürtülüb. 32 yaşlı sürücü son cəhdində Tütün döngəsinin çıxışında baryerlərə təmas edib.

Sebastyan Fettel: “Sözün açığı, ilk iki dövrəni ritmi tutmaq üçün atırsınız. Təkərlər yaxşı işləmədi və özümü yaxşı hiss etmədim. Xüsusən də ön təkərlər yaxşı işləmədi. Hələ çox işləməliyik. İndiyə kimi bacardığımızı etdik. Bəziləri işə yaradı. Səhər Lekler atdığı dövrələrdən razı idi. Nahardan sonra isə hər şey mənim xeyrimə dəyişdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 102
Teqlər , , ,
Paylaş

logo