Nyui bir neçə dəfə Ferrari-nin təklifini rədd edib

Bu ayın əvvəlində təcrübəli britaniyalı mütəxəssisin Red Bull Racing ilə müqaviləsini uzatdığı məlum olub.

F-1.az xəbər verir ki, bununla da Ədrianın karyerasını bitirəcəyi və ya başqa komandaya keçəcəyi barədə söz-söhbətlərə son qoyulub. Ferrari-nin vitse-prezidenti və şirkətin təsisçisinin oğlu Pyero Ferrari bildirib ki, Scuderia bir neçə dəfə Nyuni dəvət edib, lakin hər dəfə onlara rədd cavabı verilib.

Pyero Ferrari: “Bir vaxtlar Nyui Luka di Montedzemolo və Jan Todta “yox” dedi. Görünür, başqa ölkəyə köçmək istəmirdi – İngiltərədə yaşamağı xoşlayır. Bundan əlavə, onun tək işləmədiyini nəzərə almalısınız. Onun danılmaz istedadı ilə yanaşı, ətrafında çox yaxşı mütəxəssislərdən ibarət komandası var.

Red Bull bütün traslarda effektli olan çox sürətli maşılnlar yaratmağı bacarır və onlar buna indi başlamayıblar. Komanda hibrid mühərriklərlə qalib gəlir, lakin atmosfer mühərriklərlə də çempion olub. Sebastyan Fettel onlarla dörd titul qazanıb ki, bu da təsadüf ola bilməz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*