Ferrari Rəykkönenə jest edib

Ferrari-nin son dünya çempionu Kimi Rəykkönenin şəxsi qarajında artıq çox ekslküziv maşın var: ona 2018-ci ildə ABŞ Qran Prisində qələbə qazandıran SF71H!

F-1.az xatırladır ki, finlandiyalı sürücü həmin yarışda karyerasının hələ ki, son qələbəsini əldə edib. Böyük ehtimalla, bu, belə də qalacaq. Baxmayaraq ki, milyonlarla azarkeşi buna çox sevinər, hazırda çıxış etdiyi Alfa Romeo komandasının tərkibində qalib gəlmək əsl möcüzə olar və gözlənilən deyil.

Kimi şəxsi instagram səhifəsində bir neçə şəkil paylaşıb – birində dəyərli həddiyyəni onun İsveçrədəki mülkünə çatdıran konteynerin açıq qapısından görə bilirik. Digər şəkildə isə, SF71H artıq qarajda öz yerini tapıb. Lakin arxadakı motosikletlərlə müqayisədə, çempionun ondan istifadə etmə ehtimalı daha azdır. Kimi minnətdarlığını özünəməxsus şəkildə, qısa formada bildirib: “Təşəkkür edirəm, Ferrari”.

Qeyd edək ki, Rəykkönenin Ferrari-dəki son mövsümünü elə 2018-ci ildə keçirib. Həmin il Ostindəki qələbədən əlavə, 11 dəfə podiuma yüksəlməyə nail olub.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*