S.Fettel və Red Bull Laureus mükafatına nominant irəli sürülüblər

Üçqat dünya çempionu Sebastyan Fettel ilin yekunlarına görə nüfuzlu Laureus World Sports Award mükafatına nominant irəli sürülüb. Fettelin “İlin idmançısı” […]

Üçqat dünya çempionu Sebastyan Fettel ilin yekunlarına görə nüfuzlu Laureus World Sports Award mükafatına nominant irəli sürülüb. Fettelin “İlin idmançısı” nominasiyasında rəqibləri 100 və 200 metr məsafələrə qaçış üzrə Olimpiya çempionu Useyn Bolt, 5000 və 10000 metr məsafələrə qaçış üzrə Olimpiya çempionu Muhəmməd Farah, futbolçu Lionel Messi, “Tur de Frans” veloturunun qalibi Brədli Uiqqins və üzgüçü Maykl Felps olacaqlar.

“İlin komandası” nominasiyasında Red Bull komandası, Çinin stolüstü tennis üzrə Olimpiya komandası, qolf üzrə Rayder Kubokunda qələbə qazanmış Avropa komandası, “Mayami Hit” basketbol komandası, futbol üzrə İspaniya millisi və basketbol üzrə ABŞ millisi mübarizə aparacaqlar.

Formula1-in keçmiş sürücüsü Aleks Dzanardi əlil idmançılar arasında əsas mükafata namizəddir. Qaliblərin adları gələn il martın 11-də Rio de Janeyroda təşkil olunacaq təntənəli mərasimdə elan olunacaq…

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*