T.Makkalou: Fetteldən çox şey öyrəndik

Aston Martin-in təcrübəli mütəxəssisi əmindir ki, Sebastyan Fettelin komandaya təsiri karyerasını bitirdikdən sonra da hiss olunacaq.

F-1.az xatırladır ki, Sebastyan karyerasını bitirməzdən əvvəlki iki ilində Aston Martin-də yarışıb. Tom həmin iki ili özü üçün çox vacib bir dövr hesab edir.

Tom Makkalou: “Onun komandaya böyük təsiri olub. Sebastyan bizə qoşulanda ən yaxşı komandalarda çalışmaq, yarışlarda və çempionatlarda qalib gəlmək təcrübəsinə sahib idi. O, öz geniş biliyini bizimlə bölüşdü və əsas nüanslara, işə yanaşmalara, maşının modernləşdirilməsinə, həqiqətən vacib olanı vurğulamaq bacarığına diqqət yetirdi.

Sürücü həmişə uğurun asılı olduğu əsas amillərdən biridir. Bizdə sizə lazım olan hər şey var – çox yüksək keyfiyyətli avadanlıq və proqram təminatı. Sebastyan çox xoş bir insandır, o, hamını necə motivasiya etmək lazım olduğunu bilir və onunla işləyəndə hər şeyi verirsən. çünki Fettel ümumi döyüş ruhuna təsir edir.

Sebastyan bizim ümumilikdə inkişaf etməyimizə kömək etdi. Təəssüf ki, biz ona daha yüksək yerlər uğrunda mübarizə apara biləcək maşın verə bilmədik. Amma təbii ki, ondan çox şey öyrəndik və bu, komandanın irəliləməsinə şərait yaratdı. Düşünürəm ki, bu prosesin nəticəsini yaxın bir neçə ildə görəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*