F.Tost: Fettel hələ də çox güclüdür

AlphaTauri komandasının rəhbəri Frants Tost bildirib ki, Sebastyan Fettel hələ də çempion ola biləcək gücdədir.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu Fettel son 3 mövsümdə daha çox səhvləri ilə yadda qalıb və buna görə də 32 yaşlı sürücü ilə Ferrari-nin yolları ayrılıb.

Frants Tost: “Bir hadisənin sonu başqa bir hadisənin başlaması deməkdir. Gedəcəyi komandadan çox şey asılıdır. Fettelin çempionluq uğrunda mübarizə aparmağa gücü var. Bunun üçün üç böyük komandalardan birində olmalıdır. Onu çox yaxşı tanıyıram və bilirəm ki, əsas hədəfi budur. O sadəcə peletonda olmaq barədə düşünmür. Hər yarışı qazanmaq istəyir. Maliyyə cəhətdən onun yarışmasına ehtiyac yoxdur. Ancaq Dünya Çempionları pulu düşünmürlər. Əsas istəkləri yarış qazanmaqdır. Hələ 32 yaşı var və əlində yaxşı maşın olsa, yarış və çempionluq qazana bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*