S.Fettel: Leklerə uduzmaq ciddi məsələ deyil

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, çempionluğa oynamayacaqları halda Leklerlə olan mübarizəni ciddiyə almayacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il bütün statistikalarda komanda yoldaşı Leklerdən geridə qalıb.

Sebastyan Fettel: “Sözün açığı siz testlərdə nə etdiyinizi bilsəniz də, rəqiblərinizdən bixəbər olursunuz. Ancaq Mercedes çox sürətli idi. Boş çənlə də, dolu çənlə də əlçatmaz idilər. Ancaq onların nə qədər yanacaqla çıxdığını, mühərrik rejimlərini bilmirik. Ancaq özümüzə fokuslanmışıq və sürətlənməyə çalışırıq. Bir az inkişaf etmişik. Görək nə olur.

Mercedes və Red Bull yəqin öndə olacaqlar, amma bilmək olmaz. Heç kim sıralanma turuna çıxmayıb və heç kimin gücündən xəbərdar deyilik. Bəlkə də, sıralanma turunda azarkeşləri yaxşı mənada təəccübləndiririk. Ancaq nəticədən asılı olmayaraq, bu, bizimçün başlanğıcdır. Mövsüm ərzində inkişaf etməliyik. Məsələn, 2017-ci ildə çox güclü idik. Sıralanma turunda Mercedes-dən geridə qalsaq da, yarış tempində ən sürətli komanda idik. Lakin mövsüm ərzində bunu qoruya bilmədik və çempionluğu əldən verdik. Son beş-altı yarışda zəif idik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*