K.Rəykkönen: “Gələn il daha güclü olacağıq”

Kimi Rəykkönen inanır ki, Ferrari 2016-cı ildən dərslər çıxararaq, növbəti mövsüm daha güclü olacaq.

F-1.az xatırladır ki, Ferrari 2016-cı il mövsümünə çempionluq iddiası ilə başlasa da, qələbə belə qazana bilməmişdi. İtalyanlar mövsümün sonunda çempion Mercedes-dən 327, Red Bull-dan isə 70 xal geridə qalmışdılar.

Kimi Rəykkönen: “Çempionluq uğrunda mübarizə apara bilməmək sizi məyus edir. Əlimizdən gələni etsək də, nəticələr istədiyimiz kimi olmadı. Bütün işçilərə təşəkkür edirəm. Hamımız bir yerdə fərqli şeylər yoxlayıb, yeniliklər öyrənməyə davam edirik. Performansımız nəticələrimizdən güclüdür. Komanda olaraq yaxşı işləyirik”.

37 yaşlı sürücü bildirib ki, son mövsümdə əvvəlki iki ilə nisbətən daha güclü performans göstərib: “Əgər son iki illə müqayisə etsəm, daha yaxşı idi. Amma buna görə sevinə bilmərik. Yaxşı işlər görsək də, nəticələr ürəyimizcə olmadı. Bitirdiyimiz yerə baxanda xoşbəxt ola bilmərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*