Ş.Lekler: Artıq böyümüşəm

Ferrari komandasının sürücüsü Şark Lekler bildirib ki, 2022-ci ildən sonra böyüyüb.

F-1.az xatırladır ki, monakolu sürücü mövsümə yaxşı başlasa da, sonradan həm bolidin performansına görə, həm də öz səhvlərinə görə geri düşmüşdü.

Şarl Lekler: “Bu səhvlərin hesabına daha yetişkin adam oldum. Formula1-də yarışanda hər mövsüm yeni şeylər öyrənirsiniz və sürücü kimi dəyişirsiniz.

Bunlar kiçik şeylərdir. Etdiyiniz səhvlərdən dərs çıxarar və böyüyərsiniz. Buna görə artıq böyümüşəm”.

,