Ferrari niyə jurnalistlərlə pis davranır?

Sebastyan Fettel və Kimi Rəykkönen testlərdə yaxşı təəssürat yaratsalar da, sessiyadan sonra komandanın göstərişinə əsasən mətbuata bununla bağlı heç nə deməyiblər.

F-1.az bildiri ki, sürücülər adətən testlərdən sonra mətbuat nümayəndələrinə öz təəssüratlarını bildirirlər. Amma nə sürücülər, nə də Ferrari-dən başqa bir məsul şəxs testlər barədə jurnalistlərə heç nə deməyiblər. İtalyanların bu addımı birmənalı qarşılanmayıb.

Ferrari komandasına yaxın resurslardan biri Speed Week nəşrinə belə açıqlama verib: “Ferrari jurnalistləri görmək istəmir. Yeni bolidi onlayn təqdim etdilər. İndi də sürücüləri şərh verməyə qoymurlar. Belə olan halda mətbuat necə işləyəcək? Ferrari-nin bu hərəkətini anlamaq çətindir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*