R.Şumaxer: Binotto iş bacarmır

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer bildirib ki, Mattia Binotto ya yeni mühəndislər transfer etməlidir ya da istefa verməlidir.

F-1.az xatırladır ki, Binotto keçən il Ferrari komandasına rəhbər gəlib. Amma o gələndən komanda günü-gündən geriyə gedir. Onun rəhbərliyində olan “qırmızılar” bu il orta qrup komandaları ilə mübarizə aparmağa başlayıb. Buna görə də bəzi mənbələr iddia edir ki, Ferrari tezliklə Binottonu qovacaq.

Ralf Şumaxer: “Mövsümün ortasında onu qovmağın mənası olmaz. Burada problem sürücülərdən yox, bolid və motordan qaynaqlanır.

Sercio Markionne komandada çoxlu italyanın olmasını və onların rəhbərlik etməsini istəyərdi. Kənardan baxanda gözəl və romantik fikirdir. Ancaq reallıqda bu, işə yaramır. Formula1 beynəlxalq idmandır.

Sebastyanın müqaviləsi Binottonun zəif idarəçi olduğunu göstərir. Ona çox maaş verirlər və ona nəzarət edə bilmirlər. Bir potensialı məhv edirlər.

Ştiriyada yarışları bir neçə metrdən sonra bitdi. Bu, əsl fəlakət idi. Ancaq davam etsəydilər belə xal alacaqları müəmmalı idi. Ferrari çox pis vəziyyətdədir. Binotto inanmıram ki, gecələr yata bilsin”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*