17 Dekabr 2018, Bazar ertəsi - 23:28

K.Rəykkönen: “Fettelin günahı yoxdur”

K.Rəykkönen: “Fettelin günahı yoxdur”

Müəllif: Rauf Hacıyev, redaktor

15:33 - 17 Aprel, 2016

Kimi Rəykkönen ilk döngədəki insidentə görə komanda yoldaşı Sebastyan Fetteli günahkar görmür.

F-1.az xatırladır ki, ilk döngədə Daniil Kvyat Fettelə hücum edib və almaniyalı sürücü bolidinin istiqamətini dəyişdirərkən komanda yoldaşı Rəykkönenlə təmas yaşayıb. Bu insidentdən sonra Rəykkönenin ön qanadı qırılıb və finladiyalı sürücü pit-stop etməli olub.

Sebastyan Fettel yarışdan sonra radio vasitəsilə komanda yoldaşından üzr istəyib və podiuma çıxmamışdan əvvəl Kvyatı danlayaraq onun günahkar olduğunu deyib.

Rəykkönen yarışdan sonra Fettellə aralarında olan dialoq barədə danışıb: “Fettel məyus olduğunu dedi, amma heyif ki, bu heç nəyi dəyişmir.

Mən əminəm ki, Sebastyan belə şey etməz. Bu mənim üçün də, komanda üçün də yaxşı hal deyil, amma bu cür hadisələr yaşana bilər.

Mən bunun əvəzini yarışda ödədim, ancaq yarış bizim üçün pis keçmədi. Yarışda çox rəqibimi qovdum, amma olmadı. Heç olmasa, xal qazana bildik. Bizim üçün pis gün idi, amma finişə çata bildik”.

Rəykkönen bildirib ki, bu qədər problemdən sonra beşincilik yaxşı nəticədir: “Ön qanadımız qırıldı və yarış bizim üçün bundan sonra başladı.

Ona görə də əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. İlk dövrələrdə bir az mübarizə apardıq, amma daha sonra hər şey qaydasına düşdü”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 377
Teqlər , , ,
Paylaş

logo