21 Avqust 2019, Çərşənbə - 13:35

K.Horner: “İlk beşliyə düşməməkdən qorxurduq”

K.Horner: “İlk beşliyə düşməməkdən qorxurduq”

Müəllif: Rauf Hacıyev, redaktor

12:33 - 08 Dekabr, 2016

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, ilin əvvəlində bu mövsümü ilk beşlikdə bitirə bilməməkdən qorxublar..

F-1.az xatırladır ki, Red Bull 2015-ci il mövsümündə 4-cü olmuşdu. Amma bu mövsüm Avropa yarışlarından etibarən Renault mühərriyinin güclənməsi və komandanın boliddə etdiyi yeniliklər avstriyalıları turnir cədvəlində ikinci yerə yüksəldib.

Kristian Horner: “Komanda üçün gözəl mövsüm oldu. Mövsümə başlayanda gözləntilərimiz yüksək deyildi və Mühəndislər Kubokubda 5-cilik də real görünmürdü. Buna görə də Mühəndislər Kubokundakı ikinciliyimiz, Rikkardonun sürücülər çempionatındakı üçüncülüyü, 2 yarış, 1 poul və 16 podium qazanmağımız, Rikkardonun mövsüm ərzində yarışxarici qalmaması bizim keçən ilə nisbətən çox inkişaf etdiyimizi göstərir”.

Mövsümün ilk yarışı Avstraliyada Red Bull bütün sessiyalarda Mercedes-dən 2 saniyə geri qalmışdı. “Qırmızı öküzlər” Mercedes, Ferrari, Toro Rosso və Williams-dan sonra ən sürətli 5-ci komanda idilər. Amma Red Bull son yarışda Mercedes-lə fərqi 0.8 saniyəyə endirə bilmişdi.

Kristian Horner: “Gələn il texniki reqlament yenilənir. Ancaq o qaydalar haqqında çox müəmma var. Biz bu mövsümdən yaxşı dərslər çıxardıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 543
Teqlər , , , , , ,
Paylaş

logo