N.Rosberq: “Həmilton Şumaxerdən istedadlıdır”

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq düşünür ki, Lyuis Həmilton əfsanəvi Mixael Şumaxerdən daha istedadlıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2010-2012-ci illərdə Şumaxerlə, 2013-2016-cı illərdə isə Həmiltonla komanda yoldaşı olub.

Niko Rosberq: “Şumaxerlə komanda yoldaşı olacağımı biləndə qorxmuşdum. Onunla mübarizə apara bilərdim? O, əsl savaşçı idi. Hər səhər duranda fikirləşdiyi ilk şey komanda yoldaşını məğlub etmək idi. Daha sonra Lyuis gəldi. Onu kartinqdən tanıyırdım. Onu Şumaxer kimi yadplanetli olaraq görmürdüm. Problem yox idi. Mixaelin gələcəyini eşidəndə daha gərgin idim. O, əfsanəvi çempion olduğu halda, mən sadəcə bir yarış qazanmışdım.

Amma Lyuis təbii istedadına görə Şumaxerdən üstündür. Buna görə də fərqlidir. Mixael isə mükəmməlliyətçi idi. Hər şeyə xırdalığına qədər nəzarət edirdi. Həmiltonun instinktləri güclüdür. Mixael isə hərtərəflidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*