D.Rikkardo Massanın oğluna uduzub (video)

Williams komandasının sürücüsü Felipe Massanın 6 yaşlı oğlu Felipinyo Red Bull komandasının sürücüsü Daniel Rikkardo ilə yarışıb.

F-1.az xəbər verir ki, cümə günü səhər baş tutmuş yarış Felipenin Manokodakı mənzilinin balkonunda salınmış trasda keçirilib.

Maşın kimi elektrik motoru ilə təchiz edilmiş uşaq kartından istifadə olunub və balaca Massa yüksək texniki bacarığını nümyiş etdirib. Felipinyo pouldan strat alan Rikkardonu elə stratdaca qabaqlayıb və il döngəyə birinci girib. Bundan sonra daha təcrübəli və aydın məsələdir ki, daha ağır olan rəqbindən uzaqlaşmağa başlayıb. 10 dövrəlik yarış Felipinyonun ciddi üstünlüyü ilə başa çatıb.

Finişdən sonra əsl mükafatlandırma mərasimi olub və Daniel yarışın qalibini belinə alaraq gəzdirib, Felipinyo isə balkondan yarışı izləyən xəyali tamaşaçıları salamlayıb.

Daniel öz Twitter səhifəsində yazıb ki, “bax, bu uşaq mənə göstərdi ki, qələbələr necə qazanılır. O, ev trasının üstünlüklərindən yararlandı və məni uddu…”

Yarışı ata Massa canlı olaraq Facebook səhifəsində yayımlayıb və yarışın gedişini şərh edib. Yeri gəlmişkən, Felipinyo Williams-ın kombinezonunda və atasının dəbilqəsi kimi boyanmış dəbiləqədə çıxış edib…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*