14 Noyabr 2019, Cümə axşamı - 05:11

D.Rikkardo: “Maksimum nəticə qazandıq”

D.Rikkardo: “Maksimum nəticə qazandıq”

Müəllif: Rauf Hacıyev, redaktor

20:08 - 08 İyul, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, komandası ev trasında maksimum nəticə qazanıb.

F-1.az xatırladır ki, Red Bull komandası Avstriyada ən sürətli 3-cü komanda olaraq qalıb: Rikkardo sıralanmada 5-ci, Ferstappen isə 6-cı olublar. Amma Həmiltonun startda 5 yer itirməsi ilə hər iki sürücü bir pillə irəliləyib.

Daniel Rikkardo: “Bu bizim üçün maksimum nəticə idi. Kimiyə qarşı çox vaxt itirməmişik. Sabah dördüncü yerdən start alacam və Bəhreyndən sonrakı ən yaxşı nəticəmdir.Təbii ki, bu Həmiltonun hesabına oldu. Sıralanma turunun gedişindən razı qaldım. Bəlkə də son cəhdimdə daha yaxşı nəticə göstərə bilərdim. Amma sarı bayraqlar bizi əngəllədi. Amma bu ilk dəfə olmur. Bəlkə Kimini qabaqlayardıq, ancaq o daha sürətli gedirdi və o da nəticəsini yaxşılaşdıra bilmədi. Məncə, ikimiz də dövrəmizi tamamlasaydıq, bu yekun nəticəyə təsir etməzdi. Sıralanma turu bizim üçün əyləncəli idi. Ümid edirəm ki, podiuma yüksələrik. Nahardan sonra yağış ehtimalı var və maraqlı yarış bizi gözləyir. Lyuis startda 5 yer itirəcək və yüksəlməyə çalışacaq. Görək necə olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 432
Teqlər , , ,
Paylaş

logo