Monako-2016: İkinci sərbəst yürüşlər

Nahardan əvvəl bir neçə qəza baş vermişdi və sessiya qırmızı bayraqlar altında başa çatmışdı - drenaj sisteminin qopmuş qapağı Rosberq və Battonun maşınlarını zədələmişdi. Sessiyadan sonra marşallar öz sahələrində bütün qapaqları yoxlayıblar, Çarli Uaytinq şəxsən trası təftiş edib, amma başqa problem üzə çıxmayıb. GP2 seriyasının məşqləri bir az gec başlasa da, Formula1-in ikinci sərbəst yürüşləri qrafikə uyğun vaxtda start alıb.

F-1.az xatırladır ki, Massa və Palmer birinci sessiyada qəza yaşamışdılar, ikinci sessiyanın əvvəlində mexaniklər hələ maşınları bərpa etməklə məşğul olublar. Digər sürücülər isə trasa tələsiblər – asfaltın vəziyyəti bir qədər yaxşılaşıb, örtüyün temperaturu sıralanma turunda gözlənilən kəmiyyətə yaxınlaşıb. Massa yarım saat sonra, Palmer isə bir saat sonra məşqlərə başlayıb.

Startdan 8 dəqiqə sonra Virtual Təhlükəsizlik Maşını (VSC) rejimi elan olunub – Roman Qrojan tunelin çıxışında qəzaya uğradığı üçün qırıntıları trasdan yığışdırmaq lazım gəlib. Qırx dəqiqədən sonra isə həmin yerdə Haryanto qəzaya uğrayıb və yenə də VSC rejimi elan olunub.

Sebastyan Fettelin 5-ci döngədə yerində fırlanması baryerlərə yüngül toxunuşla nəticələnib, amma Sebastyan özünü boksa çatdıra bilib. Sonuncu döngədə qəzaya uğrayan Kevin Maqnussen isə boksa piyada qayıdıb.

UltraSoft tərkibinin resursunu hamını təəccübləndirib – dünən mütəxəssislər hesab edirdilər ki, bu təkərlərlə az dövrə vurmaq imkanı olacaq, yarışda isə sürücülər iki pit-stop edəcəklər, amma bu gün bənövşəyi təkər dəsti stabil tempdə 30 dövrə vurmağa imkan verib.

Sessiyanın əvvəlində Rikkardo UltraSoft təkərlərlə Həmiltonun keçən il poul qazandığı nəticəni üstələyib, bir qədər sonra isə öz nəticəsini daha yarım saniyə yaxşılaşdırıb – 1:14.607, ən böyük məsafəni isə Karlos Sayns qət edib – 54 dövrə.

Sabah Formula1 sürücülər trasda işləməyəcəklər, məşqlər şənbə günü davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 3 Daniel Rikkardo Red Bull 1:14.607 40
2 44 Lyuis Həmilton Mercedes AMG 1:15.213 + 0:00.606 36
3 6 Niko Rosberq Mercedes AMG 1:15.506 + 0:00.899 48
4 33 Maks Ferstappen Red Bull 1:15.571 + 0:00.964 42
5 26 Daniel Kvyat Toro Rosso 1:15.815 + 0:01.208 53
6 55 Karlos Sayns Toro Rosso 1:15.981 + 0:01.374 54
7 7 Kimi Rəykkönen Ferrari 1:16.040 + 0:01.433 38
8 11 Serxio Peres Force İndia 1:16.120 + 0:01.513 48
9 5 Sebastyan Fettel Ferrari 1:16.269 + 0:01.662 40
10 22 Censon Batton McLaren 1:16.325 + 0:01.718 46
11 27 Niko Hülkenberq Force İndia 1:16.487 + 0:01.880 49
12 14 Fernando Alonso McLaren 1:16.723 + 0:02.116 43
13 21 Esteban Qutyerres Haas 1:16.782 + 0:02.175 40
14 77 Valtteri Bottas Williams 1:16.849 + 0:02.242 47
15 8 Roman Qrojan Haas 1:16.874 + 0:02.267 23
16 19 Felipe Massa Williams 1:17.286 + 0:02.679 42
17 20 Kevin Maqnussen Renault 1:17.530 + 0:02.923 29
18 9 Markus Eriksson Sauber 1:17.562 + 0:02.955 39
19 30 Colion Palmer Renault 1:17.761 + 0:03.154 24
20 12 Felipe Nasr Sauber 1:17.999 + 0:03.392 49
21 88 Rio Haryanto Manor 1:18.647 + 0:04.040 10
22 94 Paskal Verlyayn Manor 1:18.814 + 0:04.207 46
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*