D.Rikkardo: Minimum 10 yarış olmalıdır

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, 2020-ci ildə 10-dan çox yarış olsa, mövsüm alınacaq.

F-1.az xatırladır ki, bu mövsüm artıq 7 yarış ləğv olunub. Buna görə də Liberty Media həm Avstriyada, həm də İngiltərədə iki yarış keçirmək qərarına gəlib. Yenilənən təqvimdə hələlik 8 yarış var. Təqvimin ardı iyulda açıqlanacaq. Buna görə də tam təqvimin 15-18 yarış olması gözlənilir.

Daniel Rikkardo: “Məncə, əsas hədəf 10 yarış olmalıdır. Bu saya çatsaq, yaxşı olacaq. Sadəcə 4-5 yarış keçirilsəydi, bunu qəbul edə bilməzdik.

Sözün açığı, ilk yarışlar azarkeşsiz keçiriləcəyi üçün atmosfer fərqli olacaq. Ancaq əsas odur ki, yarışacağıq. Eyni sürücülər və eyni bolidlər olacaq. Mübarizə davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*