D.Rikkardo: Okon komanda oyunçusu olmalıdır

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Esteban Okon bu il özünü komanda oyunçusu kimi göstərməlidir.

F-1.az xatırladır ki, fransalı sürücü komanda yoldşları ilə yola gedə bilmir. 24 yaşlı pilot 2017-2018-ci illərdə Pereslə eyni komandada yarışmış və tez-tez problemlər yaşamışdı. Bundan başqa Okonun əzəli rəqibi Maks Ferstappenlə də arası heç də yaxşı deyil.

Daniel Rikkardo: “Estebanın həm Pereslə, həm də Ferstappenlə problemləri var. Lakin biz nalamalıyıq ki, qələbə uğrunda mübarizə aparmırıq. Buna görə də bir-birimizə mane olmamalıyıq. Əksinə ağıllı davranıb bir-birimizə kömək etməliyik və komandaya yaxşı nəticələr qazandırmalıyıq. Mənim əsas istəyim budur. Daha əvvəl debütant və sürətli Maksla yarışmışdım. Esteban məni məğlub etsə, bu, gözəl hekayə olacaq. Ancaq bununla maraqlanmıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*