E.Okon sıralanma turunda iştirak etməyəcək

Alpine komandasının sürücüsü Esteban Okon qəza etdiyi üçün sıralanma turunda iştirak edə bilməyəcək.

F-1.az xatırladır ki, fransalı sürücü Mayamidəki üçüncü sərbəst sürüşlərdə qəza edərək, mübarizəni dayandırmışdı. Mühəndislər bolidi araşdırdıqdan sonra məlum olub ki, şassi çatlayıb və şassi dəyişməlidir. Bu dəyişikliyin sıralanma turuna qədər bitməsi mümkünsüzdür.

Komanda bu barədə belə açıqlama verib: “Heyif ki, Okon sıralanma turunda çıxış edə bilməyəcək. Bariyerlər çırpıldığı üçün şassisi çatladı və sıralanma turuna qədər dəyişdirmək mümkün deyil. Estebana gəldikdə isə o fiziki cəhətdən yaxşıdır və sabah yarışacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*