P.Qasli Alpine-ə gedəcək?

AlphaTauri komandasının sürücüsü Pyer Qasli sürücü baarını bir-birinə qata bilər.

F-1.az xatırladır ki, fransalı sürücü iki ay əvvəl pilot bazarındın mərkəzində idi. Amma daha sonra AlphaTauri açıqlama vermişdi ki, Pyer daha bir il onlarla yarışacaq. Lakin Fettelin idmandan getməsi, Alonsonun onu Aston Mrtin-də əvəzləməsi ilə Qaslinin adı Alpine ilə xatırlanmağa başlanıb.

Britaniya mətbuatının verdiyi xəbərə görə Pyer Qasliyə çempiontda daha öndə olan komandadan təklif gəlsə, AlphaTauri-ni tərk edə bilər. Qeyd edək ki, İtaliyanı təmsil edən komanda bu il zəifləyib və hazırda turnir cədvəlində 8-ci yerdədir. Alpine isə 4-cü sırada qərarlaşıb.

Əgər bu xəbər doğrusursa, Alpine komandası gələn il çox arzuladığı iki fransız sürücü ilə mübarizə apara bilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*