E.Okon: Sıralanma turu vacib olacaq

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, Monakofa sıralanma turunda yaxşı nəticə göstərmək çox vacibdir.

F-1.az xatırladır ki, fransalı sürücü Barselona yarışına 12-ci başlasa da, sonda 7-ci olub.

Esteban Okon: “İspaniya bizim üçün uğurlu yarış idi. Hər şey pis başlasa da, yarışda yaxşı performans göstərərək, vacib xallar topladıq. Həm mən, həm də Fernando onluğa düşdük. Barselonada yaxşı məlumatlar topladıq və bunları Monakoda tətbiq edə bilərik.

Növbədə Monako yarışı var və bura çox xüsusidir. Hamı bilir ki, burada start mövqeyi çox vacibdir. Buna görə də sıralanma turunda daha yaxşı performans göstərməliyik. Daha yaxşı nəticə qazanmaq istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*