B.Ekklstoun: Monakonu təqvimdən çəxarmağa cəsarət lazımdır

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Monako yarışının yerini heç nə tuta bilməz.

F-1.az xatırladır ki, Monte Karlo küçələri 1955-ci ildən Formula1 yarışlarını qəbul edir. Lakin son illərdə əfsanəvi trasın təqvimdən çıxarılacağı ilə bağlı iddialar artır. Bunun əsas səbəbləri maliyyə və yarışın darıxdırıcı keçməsidir.

Berni Ekklstoun: “Heç kimin Monakonu təqvimdən çıxarmağa cəsarəti yoxdur. Oranın yaxşı və ya pis yarış olması fərq etmir. Ora Formula1-in brilyant qaşıdır.

Mayamiya baxın. O, Formula1 yarışı deyildi. Elə bil yerli klub yarışırdı. Avtoparka bir neçə yaxta qoyub, oranı Monakoya oxşadırdılar.

Monako yarışının təşkilatçıları hələ xoşbəxtdirlər. Drama uymurlar və özlərinə güvənirlər. Ortada heç bir problem görmürəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*