25 Avqust 2019, Bazar - 11:47

M.Brandl infarkt keçirib

M.Brandl infarkt keçirib

Müəllif: Rauf Hacıyev, redaktor

17:59 - 13 Yanvar, 2017

Formula1 şərhçisi Martin Brandl keçən ilin Monako yarışında kiçik infarkt keçirib.

F-1.az xatırladır ki, Brandl hazırda Sky Sport kanalında şərhçilik edir. Britaniyalı şərhçi Monako yarışından sonra podiumda müsahibə almaq üçün gedərkən, infarkt keçirib. Vəziyyətin ciddiyətini isə podium mərasimi bitdikdən sonra başa düşüb.

Martin Brandl: “Monakoda podiuma doğru qaçarkən kiçik infarkt keçirtdim. Ürəyimin sol qulaqcığına 23 mm-lik bir stent taxdılar”.

Brandl Monako yarışından sonra ürək əməliyyatı keçirib və bərpa müddətində Kanada yarışında iştirak edə bilməyib. Brandl Fransada xeyirxahlıq məqsədilə keçirilən etibarlılıq yarışı Road to The Le Mans LMP3 yarışında iştirak etməyəcəyini düşünsə də, həkimləri buna icazə verib.

Martin Brandl: “Yarışda iştirak edə biləcəyimi düşünmürdüm. Amma həkim buna icazə verdi. Mən də United Autosport komandasının rəhbərləri Zek Braun ilə Riçard Dinə zəng elədim və Palmer Sport-da 75 dövrə vurdum. Döşümdə göyərtilər əmələ gəlsə də, Le Manı çox sevirəm.

Brandl yarışda poul da qazanıb: “Mətbuat konfransında oturanda bir tərəfimdə 17 yaşlı, digər tərəfimdə isə 19 yaşlı oğlanlar var idi. Öz-özümə “57 yaşlı qoca üçün pis nəticə deyil” dedim. Yarışda ikinci oldum. Məyus idim. Amma Le Man-da prototip avtomobil sürmək möhtəşəm idi. Bir az tərləyirsən və qorxursan. O hiss üçün darıxmışam. Əgər fürsətim olsa, bu il də edəcəm. Sürücülərə bundan danışıram. Kulthard mənə “Martin böyüməlisən. Artıq yarış pilotu deyilsən” deyir. Deymon və digərləri də belə düşünür. Mən bir az Rubens Barrikello kimiyəm. Bolidə geri qayıtmaq üçün səbirsizlənirəm. Televiziyada işləyən yarış pilotuyam. Özümü televiziya işçisi kimi görmürəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 068
Teqlər , , ,
Paylaş

logo