F.Alonso Bakıda rekord qırmağa hazırlaşır

Alpine komandasının sürücüsü Fernando Alonso Bakı yarışında Mixael Şumaxerin rekordlarından birini qıra bilər.

F-1.az xatırladır ki, əfsanəvi Şumaxer Formula1 karyerasına 1991-ci ildə başlamış, 2012-ci ildə bitirmişdi. O, idmanda 21 il 3 ay (7763 gün) keçirib. Bu sahədə rekordçudur.

Amma Bakıda bu tarixi rekord yenilənəcək. İspaniyalı pilot 342-ci yarışına keçirəcək. Veteran pilot Formula1 karyerasına 2001-ci ildə başlayıb. fernando bir ara səfiri olduğu Bakı Şəhər Halqasında 7770 günlə əfsanəvi Şumaxerin rekordunu qıracaq.

Bundan başqa Maks Ferstappen podiuma yüksəlsə, Red Bull komandasındakı podium sayında əfsanəvi Sebastyan Fetteli qabaqlayacaq. Almaniyalı pilot Red Bull-un heyətində 113 yarışda, Ferstappen isə 125 yarışda 65 dəfə podiuma yüksəlib. Niderlandlı sürücü Bakıda podium qazansa, Fetteli geridə qoyacaq.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*