D.Rikkardo: “4-cü yer yaxşıdır”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo 4-cü yerdən razı qalıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışa 12-ci yerdən başlasa da, startda Erikssonla təmas yaşayaraq 16-cı yerə düşüb. Lakin daha sonra hücum rejimində yarışan Rikkardo yarışın sonunda Bottasla təmas yaşamasına baxmayaraq, 4-cü olub.

Daniel Rikkardo: “Yaxşı nəticədir. Uzun müddətdir ki, yaxşı nəticə almırdım. Özümü yaxşı hiss edirəm. Start qorxunc idi. Amma sonra hər şey əyləncəli oldu.

Bottasa hücum üçün fürsətim var idi. Hücum elədim və Bottasa yer buraxdım. Sonra təmas oldu. Cəza gözləsəm də trasda keçmək istədim və bacardım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*