Rəsmən: Rikkardo və Tsunoda AlphaTauri-də qalacaq

Alphatauri komandası axır ki, gələnilki sürücü heyətini açıqlayıb. İtaliya təmsilçisi növbəti mövsümdə də Yuki Tsunoda və Daniel Rikkardo cütü ilə yarışmağa qərar verib.

F-1.az xatırladır ki, 2024-cü il üçün əksər komandaların heyəti bəlli idi, amma Alphatauri komandasının sürücü heyəti müəmmalı olaraq qalırdı. Düzdür, əvvəl əksəriyyət düşünürdü ki, gələn il də Yuki tsunoda və Daniel Rikkardo yarışacaq. Lakin Rikkardonun Niderland Qran Prisində zədələnməsi və yerinə Liam Lousonun layiqincə çıxış etməsi yeni müəmmaların yaranmasına gətirib çıxardı.

Lakin italyan komandası sonda qərar verib və Yaponiya Qran Prisində yeni heyətini açıqlayıb. Beləliklə, növbəti mövsümdə də komandanın hryətini Yuki Tsunoda və Daniel Rikkardo qoruyacaq.

Hazırda Daniel Rikkardonun yerinə yarışan Liam Louson isə 2024-cü ildə də Red Bull və Alphatauri komandalarında ehtiyat sürücü kimi çıxış edəcək. Bu müqaviləyə əsasən Liam Louson ehtiyat sürücülükdən başqa testlərdə iştirak edəcək, simulyator və developer işlərinə baxacaq.

Beləliklə, Yuki Tsunoda gələn il Formula1-də dörcüncü mövsümünü kemirəcək. Yaponiyalı sürücü yeni müqavilə barədə bunları deyib: “2024-cü il mövsümündə Alphatauri-də yarışacam və buna görə çox xoşbəxtəm. Komanda və Daniel ilə mübarizə aparmağı, birlikdə işləməyi səbirsizliklə gözləyirəm. Sözün açığı, mövsümün qalan hissələrndə də sürücü kimi inkişaf etmək üçün əlimdən gələni edəcəm. Məni dəstəklədikləri və mənə inandıqları üçün Red Bull və Honda-ya təşəkkür edirəm. Onlarla tərəfdaşlığımı davam etdirdiyim üçün çox xoşbəxtəm”.

Daniel Rikkardo isə bu müqavilədən sonra yenidən tamzamanlı olaraq, idmana qayıdıb. Avstraliyalı sürücü yeni müqavilə barədə bunları deyib: “Gələn il yenə də Yuki ilə yarışacağam. Scuderia AlphaTauri ilə yarışmağa davam edəcəyim üçün çox həyəcanlıyam. Hazırda göstərdiyimiz inkişafı və gələcəklə bağlı planlarımızı nəzərə alsaq, komanda həyəcanverici dövr yaşayır. Hər şeyi yenidən qururuq və bu, əla hissdir. Görüləcək çox iş var , amma doğru yöndə gedirik və çox şeyi səbirsizliklə gözləyirik. 2024-cü il tez gəlsin!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*