D.Rikkardo: Güclü maşın verin qazanım

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, güclü bolid olduğu halda yarışlar qazana bilər.

F-1.az xatırladır ki, avstraliyalı sürücü keçən il McLaren-ə keçəndən sonra özünə oxşamır. O, bolidə öyrəşməkdə çətinlik çəkir. Lakin təcrübəli pilot keçən il İtaliyada McLaren-ə 9 ildən sonra qələbə gətirmişdi.

Daniel Rikkardo: “Mənə güclü maşın verin yarış qazanım. Karyeram ərzində heç bir qələbəni
əldən verməmişəm. Bacardığım bütün yarışları qazandım.

Hər şey boliddən asılıdır. Bolidə minib kəmərləri bağlayanda o sizin bir hissəniz olur. Bolid sizin hər hərəkətinizə cavab verir. Bu bolid isə həmişə mənə bağlı olmur. Mənimlə sinxron hərəkət etmir. Elə bil biri ilə rəqs edirsən, amma sinxron hərəkət etmirsiniz. Belə olanda rəqs etmək olmaz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*