D.Rikkardo: “27 yaşım var, amma hələ çempion ola bilməmişəm”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo Monako yarışında qələbəni əldən verdikdən sonra bildirib ki, bu nəticə onu çempionluq mübarizəsindən uzaqlaşdırıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü gülərüzlüyü və istedadı ilə tanınırdı. Amma Monako yarışında avstraliyalı sürücü pit-stopdakı səhvə görə qələbəni əldən verdikdən sonra çox məyus olub.

Xatırladaq ki, Rikkardo Monakoda karyerasının ilk poulunu qazanmışdı və 2014-cü ildən sonra ilk qələbəsini qazanmaq istəyirdi. Monakoda qazandığı podium avstraliyalının son 27 yarışdakı 3-cü podiumu oldu.

’Sezon boyunca kafamı hep dik tuttum.

‘’En sinir bozucu şeylerden birisi de başarılı olacağıma gerçekten inanıyorum ve uzun süredir de inanmaya devam ediyorum. Bunu kibirli olduğum için söylemiyorum, ancak yetenekli olduğuma gerçekten inanıyorum.

‘’Yeteneklerimin karşılığını daha iyi bir şekilde almam gerektiğini düşünüyorum.

Daniel Rikkardo: “Mövsüm ərzində başımı həmişə dik tutdum.

Uğurlu olacağımı bilirəm və uzun müddətdir ki, buna inanıram. Kibirli görünmək istəmirəm, amma mən inanıram ki, istedadım hesabına daha yaxşı nəticələr ala bilərəm. Buna görə də məyusam.

İstedadımın qarşılığını almalıyam.

Mənim 27 yaşım var. Amma çempionluğa hələ də yaxınlaşa bilməmişəm. Bundan pisi ola bilməzdi. Son iki həftədə iki qələbə qazanmalı idim, amma əlimdə heç bir şey yoxdur… Mən hiss edirəm. Vaxt gedir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*