15 Oktyabr 2019, Çərşənbə axşamı - 13:47

D.Rikkardo sıralanma turunun protokolundan xaric edilib

D.Rikkardo sıralanma turunun protokolundan xaric edilib

Müəllif: Rauf Hacıyev, redaktor

09:44 - 22 Sentyabr, 2019

Renault komandasının sürücüsü Daniel Rikkardo MGU-K generatorunda güc limitini aşdığı üçün sıralanma turunun protokolundan xaric edilib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Sinqapurdakı sıralanma turunda 8-ci yeri tutub. Lakin sıralanma turundan sonra FİA-nın apardığı araşdırmadan MGU-K generatorunun qaydalarda müəyyən ediləndən daha çox enerji sərf etdiyi ortaya çıxıb. Rikkardo 120 kW-lıq eenrji həddini keçib və buna görə də sıralanma turundakı nəticələri silinib.

Çox güman ki, 30 yaşlı sürücü yarışa son cərgədən başlayacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 103
Teqlər , , ,
Paylaş

logo