D.Rikkardo McLaren-i qabaqlamağı hədəfləyir

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Meksikada əsas rəqibləri olan McLaren-i qabaqlamaq istəyirlər.

F-1.az xatırladır ki, avstraliyalı sürücü keçən il Meksikada poul qazanmışdı.

Daniel Rikkardo: “Meksika gözəl yerdir və oraya getməyi sevirəm. Paddokda gözəl atmosfer var. Hamı yaxşı vaxt keçirir. Çoxlu tədbirlər olur. Meksika və Ostin yarışlarının ardıcıl keçirilməsi yaxşıdır və darıxmırıq.

Keçən il burada poul qazanmışdım. Gözəl dövrə vuraraq hər şeyi düzgün etmişdim. Bu il isə orta qrupun ən güclüsü olsaq, yaxşı nəticə sayacağıq. Yaponiyada 16-cı başlayın, 6-cı olduq və Meksikada bunu təkrarlamalıyıq. Məqsədimiz McLaren-i qabaqlamaqdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*