Meksika Qran Prisi təşkilatçıları bütün biletləri satmağı hədəfləyir

Keçən il təqvimə möhtəşəm şəkildə qayıdan yarışın təşkilatçıları bu il də bütün biletləri satmaq istəyirlər.

F-1.az xəbər verir ki, oktyabrın sonunda baş tutacaq yarışı daha çox insan canlı izləyə bilər – trasdakı tribunaların tutumu 110 mindən 120 minə qaldırılıb. Bu barədə trasın rəsmisi Rodriqo Sançes məlumat verib: “Keçən il 110 min nəfər yarışı izləmişdi. Bu il daha artıq ola bilər. Bilet satışı da keçən il olduğu kimidir – çox az bilet qalıb. Tribunalarda bəzi xırda dəyişikliklər etmişik. Beş nömrəli tribuna daha çox tamaşaçı tuta biləcək. İnsanların yarışa marağı möhtəşəmdir. Biletlərin 95%-i artıq satılıb. Xüsusilə də, xarici azarkeşlər çox bilet alır. Biz ölkənin gözəlliyini nümayiş etdirmək üçün insanları bura gətirmək istəyirik.

Burada həmişə əhval-ruhiyə çox əla olur. Ölkəmiz adından nələr edə biləcəyimizi göstərməyə imkan verdiyi üçün Formula1-ə təşəkkür edirik. Federal hökümət, şəhərin rəhbərliyi və bir çox özəl şirkətlərlə birlikdə çalışırıq. Formula1 hamının diqqət ayırdığı böyük layihədir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*