M.Ferstappen: İnanılmaz mövsüm keçiririk

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bu mövsüm onlar üçün inanılmaz keçir.

F-1.az xatırladır ki, niderlandlı sürücü Meksika yarışına pouldan başlayıb və rahatlıqla qalib gəlib. Beləliklə, mövsümdə 14-cü qələbəsini qazanaraq, bir mövsümdə ən çox yarış qazanan pilot olub.

Maks Ferstappen: “Bəli. Birinci döngədən sonra liderliyimi qotuyaraq, işimi asanlaşdırdım. Rəqiblərimizdən fərqli strategiya seçmişdik, amma bolidimiz əla işləyirdi. Medium təkərlə uzun yol gedəcəkdik və buna görə onları qorumalı idik. Bu strategiyanı işlədə bildik.

Burada inanılmaz ab-hava var və buranı sevirik. İndiyə kimi inanılmaz mövsüm keçiririk. Bundan həzz alırıq və daha çox qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*