D.Rikkardo: “Həmilton daha sakitdir”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Lyuis Həmilton çempionluq uğrunda mübarizədə daha sakit və stabil tərəf olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü mövsüm ərzində Fettellə mübarizə aparmış və sonda qalib gələn tərəf olmuşdu.

Daniel Rikkardo: “Mübarizənin ən sıx olduğu anlarda Lyuis sakitliyini itirmədi və vəziyyətə yaxşı nəzarət etdi. Təbii ki, güclü bolidə sahib olması da ona kömək etdi, amma Sebastyanın da bolidi güclü idi və sona qədər mübarizə apardılar.

Lyuis idmana gələndən bəri çox yaxşı çıxış edir. Bu iş üçün dünyaya gəlib və həmişə qələbə qazanmaq istəyir. Bu cür sürücüləri məğlub etmək də çətin olur. Ona hörmət edirəm və qarşısında papağımı çıxarıram. Gələn il çempionluğu onun əlindən almaq üçün əlimdən gələni edəcəyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*