D.Rikkardo: “Yeniliklər işləmədi”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Bəhreyndə ikinci sərbəst yürüşlərdə tam güclərində sürməyiblər.

F-1.az xatırladır ki, avstraliyalı sürücü birinci sərbəst yürüşlərdə zirvədə olsa da, ikinci sərbəst yürüşlərdə lider Rəykkönendən 0.9 saniyə geridə qalaraq 6-cı olub.

Daniel Rikkardo: “Dünən axşamkı yerlərin vacib olduğunu düşünmürəm. Bundan güclü ola bilərik. İlk dövrəmdə trafikə düşdüm və ikinci sürətli dövrəyə başlamalı oldum.

Dünən bəzi şeyləri dəyişdik və istədiyimiz kimi işləmədilər. Amma birinci sessiya bizim üçün daha yaxşı idi. Məncə, balans tapa biləcəyik. Əvvəlki sazlanmalara qayıdarıq. Görək necə olacaq. İkinci sessiya bizim üçün pis keçdi. Bolidimiz güclüdür və 6-cı yerdən yaxşı nəticə qazanacağıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*