A.Zaydl: Rikkardo hələ də mükəmməl sürücüdür

McLaren komandasının rəhbəri Andreas Zaydl bildirib ki, Rikkardo hələ də keyfiyyətli sürücüdür.

F-1.az xatırladır ki, avstealiyalı pilot Sinqapurda beşinci olaraq, builki ən yaxşı nəticəsini əldə edib.

Andreas Zaydl: “Sinqapurdakı nəticədən çox razıyam. Hər iki sürücümüz də əla işlədi. Komanda körpüsü sürücülərlə yaxşı əlaqə qurdu və doğru zamanda doğru qərarlar verdi.

Daniel axır ki, yaxşı nəticə əldə etdi və buna görə də onun və mexaniklərinin adına sevinirəm. 16-cı yedən başlayıb, 5-ci yerdə finişə çatması sevindirici haldır. O, belə çətin şəraitdə hələ də çox güclü sürücü olduğunu göstərdi. Onsuz da onun istedadına heç vaxt şübhəmiz olmayıb”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*