L.Norris: Bilmirəm nə edim

McLaren komandasının sürücüsü Lando Norris startda nə edəcəyini bilmir.

 

F-1.az xatırladır ki, britaniyalı sürücü Əbu Dabi yarışına üçüncü yerdən başlayacaq.

Lando Norris: “Bu dövrə haradan gəldi bilmirəm. Üçüncü sessiyadakı ilk dövrəm yaxşı idi. İlk cəhdimdə yaxşı dövrə vurmuşdum. Son cəhdimdə təmiz dövrə vurdum. Poul qazanmaq istəsəm də, tempim imkan vermədi. Lakin üçüncü yer gözlənilməz idi.

Bir az narahatam. Düzü üçüncü yerdə qalaraq, öndə baş verənləri izləmək istəyirəm. Onların mübarizəsinə qarışmaq istəmirəm. Çünki sonra söz-söhbət olar. Bilmirəm ilk döngədə hücum edim ya yox. Əlimdən gələni edəcəm və fürsət düşsə, dəyərləndirəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*