P.Fray McLaren-dən ayrılır

McLaren komandasının baş mühəndisi Pət Fray postundan ayrılır.

F-1.az xatırladır ki, Fray Britaniya komandasına 8 il əvvəl gəlib. Britaniyalı mütəxəssis MCL34-ün inkişafında vacib rol oynayıb və hazırda Andrea Stella ilə birlikdə Ceyms Kiyə raport verirlər. Əgər Fray ayrılsa, 2020-ci il bolidi ilə bağlı məlumatları yaymasın deyə tətilə çıxacaq. Frayın gələn il Williams komandasına getməsi gözlənilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*