Rəsmən: Formula1 9 illik fasilədən sonra Türkiyəyə qayıdır

Liberty Media bir qədər əvvəl rəsmən builki təqvimə daha dörd yarış əlavə edildiyini açıqlayıb və beləliklə, mövsümün 17 yarışdan ibarət olacağı aydınlaşıb. Onlardan biri də, bizim azarkeşləri də çox yaxından maraqlandıran Türkiyə Qran Prisidir.

F-1.az xatırladır ki, təqvimin ilk Avropa hissəsi hələ iyun ayının əvvəlində təsdiq olunmuşdu və 8 yarışdan ibarət idi. Bir müddət sonra bu təqvimə daha iki yarış əlavə olunmuşdu. Düz bir ay əvvəl isə builki mövsümdəki yarışların sayı 13-ə çatdırılmışdı.

Bir çox pilotun sevimli trası olan İstanbul Park 9 illik fasilədən sonra 13-15 noyabr tarixlərində Türkiyə Qran Prisinə ev sahibliyi edəcək. Ondan iki həftə sonra iştirakçılar Bəhreynə yollancaqlar – burada ardıcıl 2 həftə yarış baş tutacaq. Ənənəvi Bəhreyn Qran Prisi 27-29 noyabr tarixlərində, Saxir Qran Prisi isə 4-6 dekabr tarixlərində keçiriləcək. Builki mövsümə 11-13 dekabr tarixlərində Əbu Dabidə yekun vurulacaq.

Formula1-in rəsmi açıqlaması: “Türkiyənin, Bəhreynin (2 yarış) və Əbu Dabinin builki yenidən hazırlanmış təqvimin bir parçası olacaqlarını təsdiq edə bilərik və bütün tərəfdaşlarımıza bu mövsüm üçün 17 yarış təşkil etmək üçün göstərdikləri təşəbbüslərinə görə təşəkkür edirik.

Çin Qran Prisini bu il təşkil edə bilməyəcəyimizi təəssüf hissi ilə qeyd etmək istəyirik və Juss Sport-a son aylardakı səylərinə və göstərdikləri dəstəyə görə təşəkkür edirik, Şanxaya gələn il qayıtmağı səbirsizliklə gözləyirik.

Baş tutacaq bir sıra yarışlara məhdud sayda azarkeş buraxa biləcəyik, bunun üzərində çalışmalarımız davam edir. Hər nə qədər tribunaları dolu görmək istəsək də, iştirakçıların, tamaşaçıların təhlükəsizliyi prioritet olaraq qalır və bu amilləri nəzərə alaraq onların tribunaya girişini nəzərdən keçiririk.

COVİD-19 pandemiyası davam etdiyi üçün həm hər bir ölkənin tətbiq etdiyi məhdudiyyətləri və tədbirləri yaxından izləyir, həm də hökumətlərlə yaxın dialoqumuzu davam etdiririk”.

Çeyz Keri: “Türkiyə, Bəhreyn və Əbu Dabinin builki mövsümün bir parçası olacaqlarını açıqlamaqdn qürur duyuruq. Formula1 və bütün dünya bu il misli görünməmiş bir mübarizə ilə qarşı-qarşıya qaldı və biz bunu mümkün edən, Formula1 ilə bağlı olan hər kəsə – FİA-ya, komandalara və azarkeşlərə öz hörmətimizi bildirmək istəyirik.

Əvvəldən planlaşdırılmış bəzi yarışların baş tutmamasına hamımızın üzülməsinə baxmayaraq, mövsümün yaxşı start alıb və növbəti yarışlarda da azarkeşlərimizə bol həyəcan və əyləncə bəxş edə biləcəyimizə əminəm”.

Sıra Tarix Ölkə
1 3-5 iyul Avstriya
2 10-12 iyul Avstriya
3 17-19 iyul Macarıstan
4 31 iyul – 2 avqust Böyük Britaniya
5 7-9 avqust Böyük Britaniya
6 14-16 avqust İspaniya
7 28-30 avqust Belçika
8 4-6 sentyabr İtaliya
9 11-13 sentyavr Toskana
10 25-27 sentyabr Rusiya
11 9-11 oktyabr Almaniya
12 23-25 oktyabr Portuqaliya
13 30 oktyabr – 2 noyabr İtaliya
14 13-15 noyabr Türkiyə
15 27-29 noyabr Bəhreyn
16 4-6 dekabr Bəhreyn
17 11-13 dekabr Əbu Dabi

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*