Sərbəst yürüşlər ləğv ediləcək?

Formula 1-in baş icraçı direktoru Stefano Domenikali sərbəst yürüşlərin sayını azaltmaq istəyindən danışıb.

F-1.az xəbər verir ki, təcrübəli mütəxəssis məşqlərin tamaşaçılar üçün maraqsız keçdiyini düşünür.

Stefano Domenikali: “Mən sərbəst yürüşlərin sayını minimuma endirmək istərdim. Onlar tamaşaçılar üçün deyil, yalnız komandaların mühəndisləri üçün maraqlıdır. Rəhbərliyin digər nümayəndələri ilə bu istiqamətdə nəyisə dəyişmək üçün işləyirik. Növbəti görüşlərdə təklifimi irəli sürəcəm: məncə, sürücülər hər dəfə trasa çıxanda onları vacib, dəyərli bir şey üçün mübarizə vəziyyətində qoymaq lazımdır.

Formula 1 Komissiyasının növbəti iclasında biz nəyinsə təkmilləşdirilməsinin mümkün olub-olmadığını görmək üçün cari həftəsonu formatına bəzi düzəlişlər etməyi müzakirə edəcəyik. Mən sürücülər və komandalarla məşq seanslarının sayını azaltmaq imkanını müzakirə etməyi səbirsizliklə gözləyirəm. Aydındır ki, hər hansı qərar qəbul etməzdən əvvəl bunu FİA ilə də müzakirə etməliyik. Düşünürəm ki, belə bir seçim hər kəsin görmək istədiyi şouya daha da intensivlik verə bilər”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*