Maranelloda Milad küknarı bəzədilib

Dünən Ferrari şirkətinin Maranelloda yerləşən bazasının ərazisində Milad küknarı quraşdırılıb – ənənəyə uyğun olaraq şirkətə küknar ağacını Bruniko şəhəri hədiyyə […]

Dünən Ferrari şirkətinin Maranelloda yerləşən bazasının ərazisində Milad küknarı quraşdırılıb – ənənəyə uyğun olaraq şirkətə küknar ağacını Bruniko şəhəri hədiyyə edib.

Təntənəli mərasimdə şəhərin meri Kristian Tşurtşentaler 20 metr hündürlüyü olan küknar ağacını bəzəmiş işıqları şəxsən yandırıb. Mərasimdə Ferrari-nin prezidenti Luka di Montedzemolo, vitse prezidenti Pyero Ferrari, yarış komandasının başçısı Stefano Domenikali və komandanın sürücüləri Fernando Alonso və Felipe Massa iştirak ediblər.

ferrari4
Mərasimdən sonra Fernando və Felipe daha bir tədbirə qatılıblar: Maranelloda fransalı rəssam Jan İv Leşevalyenin müəllifi olduğu Structuration F1 Ferrari monumentinin rəsmi açılışı baş tutub. Monument metal borular içərisində yerləşdirilmiş Formula1 maşınından təşkil olunub və Ferrari Muzeyinin önündə yer alıb.

, , , , , , , , , ,
Müzakirə bağlıdır.