Domenikali sürücülərin F1-i tənqid etmələrini istəmir

Formula1-in rəhbəri sürücülərin yenilikləri açıq şəkildə tənqid etmələrini bəyənmir.

F-1.az xəbər verir ki, xüsusilə, Maks Ferstappenin FİA-nın rəsmi mətbuat konfransında sprint mərhələlərindən imtina edilməli olduğu barədə açıqlaması onun xoşuna gəlməyib.

Stefano Domenikali: “İnsanların istədiklərini deyə bilmədikləri cəmiyyəti sevmirəm. Ancaq sürücülər bəzən daha böyük bir şeyin bir hissəsi olduqlarını xatırlamalıdırlar. Və eqoist olmamalıdırlar. Yarışçılar bu idmanın və bu biznesin bir hissəsidir, çünki biz daha böyük mənzərəni görə bilirik. Bəzən komfort zonamızdan çıxmaq asan olmur, lakin əldə etdiklərimizlə kifayətlənməyi özümüzə sığışdıra bilmirik.

Mövsümün sonunda sprint həftəsonu formatının bəzi xüsusiyyətlərini nəzərdən keçirəcəyik. Və təbii ki, hər həftə sonu sprint yarışlarımız da olmayacaq. Ancaq bizim yeni auditoriyamız var, hər seansı möhtəşəm etməliyik və hamının yalnız mühəndislərin və sürücülərin xeyrinə sürməsinə icazə verməməliyik.

Ferstappenin idmanı tərk etməsindən narahat deyiləm. O, idmanı çox sevdiyini deyib və bu, doğrudur. Maks dünya çempionudur, üçüncü titul uğrunda mübarizə aparır. O, maşında doğulub. Deyərdim ki, o, Formula1-də məndən çox vaxt keçirəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*