F.Alonso: Hər şey yaxşıdır

Alpine komandasının sürücüsü Fernando Alonso yeni bolidindən razıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü qış testlərinin ikinci günündə A521-in sükanı arxasına keçib və 128 dövrə vurub. Yekunda C2 təkərlərlə 1.32.339 zaman nəticəsi göstərən ikiqat Dünya Çempionu 10-cu yeri tutub.

Fernando Alonso: “Çoxlu dövrə vurduq və proqramımızı tamamladıq. Yaxşı gün idi. Amma indi hər şeyi təhlil etməliyik. Boliddə özümü yaxşı hiss edirəm, ancaq yeni aero paketi və 2021-ci ildəki reqlamentin xırdalıqlarını anlamalıyıq. Buna görə də çox iş görməliyik.

İlk iki gün yaxşı keçdi və proqramı tamamladıq. Testlərin son günündə proqramımızı tamamlamaq üçün vaxtımız olacaq.

Testlərin son günündə daha yumşaq tərkiblərdən istifadə edəcəyik. Amma bu, çox olmayacaq. Bizim əsas seçimimiz sərt təkərlərlə işləyib, çoxlu dövrə vurmaqdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*