F1 Malayziya üçün bahadır

Malayziya yenidən Formula1 təqviminə girmək istəyir, lakin kənardan investisiya olmadan bunu etmək demək olar ki, mümkün deyil.

F-1.az xatırladır ki, Sepanq sonuncu dəfə 2017-ci ildə Formula1 yarışına ev sahibliyi edib və sonra müqavilə 2018-ci ilə qədər olsa da, FOM ödənişlərinin artması və bilet satışının azalması səbəbindən təşkilatçılar bundan imtina ediblər.

Malayziyanın gənclər və idman naziri Hanna Yeo The Vibes-in Malayziya nəşrinə verdiyi müsahibədə Sepanqın modernləşdirmə üçün dövlət vəsaiti aldığını, işlərin hazırda davam etdiyini və Porsche Carrera Kuboku üçün ayın sonuna qədər tamamlanmalı olduğunu söylədyib. Formula 1 üçün isə hələ də pul yoxdur.

Hanna Yeo: “Formula1 çox bahadır. Uzun müddətdir ki, trasın yenilənməsi və bu vəsaitin cari təmirə sərf edilməsi üçün hökumətdən 20 milyon ringgit gözləyirik. Əgər biz Formula1-ə ev sahibliyi edə bilsəydik, əlbəttə ki, şad olardıq, lakin hazırda belə tədbirlərə ev sahibliyi etmək imkanımız yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*