N.Pikenin paddoka girişinə qadağa qoyulub

F-1.az xatırladır ki, Nelson Pikenin keçən ilin sonlarında Lyuis Həmiltonun ünvanına demiş olduğu irqçi sözlər son 1 həftədə yenidən gündəmə gəlib.

F1 komandaları onun sözlərinə dərhal reaksiya veriblər və sabiq üçqat dünya çempionunu qınayan açıqlamalar yayımlayıblar. Eyni zamanda F1 və FİA da öz narazılıqlarını rəsmi şəkildə bildiriblər.

Pike söylədiyi sözlərin düşüncəsizcə olduğunu, lakin çox işlənən bir ifadə səsləndirdiyini və bir çox mənbələrdə tərcümə edildiyi mənada demədiyini bildirərək üzr istəyib. Lakin görünür bu açıqlama çempionatın rəhbərliyini qane etməyib.

Bugündən etibarən Nelsonun Formula1 paddoklarına girişi qeyri-müəyyən müddət üçün qadağan edilib. Çox güman ki, bu qadağa ömürlük olacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*