L.Həmilton: “Heç gözləmirdim”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Bakıda bu qələbəni gözləmirmiş.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa ikinci yerdən başlasa da, son dövrələrdə Fettelin səhvindən və Bottasın təkərinin partlamasından maksimum yararlanaraq, Bakı Şəhər Halqasında ilk qələbəsini qazanıb.

Lyuis Həmilton: “Çox fərqli yarış idi. Bu nəticəni gözləmirdim. Emosional yarış idi. Burada qalib gəlməyi gözləmirdim. Amma həmişə gözlənilməz hadisələr olur. Buna görə əlimdən gələni etdim. Valtteri əla iş gördü və qələbəyə layiq idi. Eyni zamanda Fettel də həftəsonu ərzində güclü idi. Amma mənim bəxtim gətirdi. Buna görə xoşbəxtəm. Podiumun zirvəsində qəribə oldum, çünki heç gözləmirdim. Amma bu mövsüm ilk qələbəmi aldım və bu əhval-ruhiyyə ilə daha güclü olacam”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*