L.Həmilton: Asan deyildi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yarış heç də asan keçməyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü pouldan başladığı Belçika yarışında çox rahatlıqla qalib gəlib və bu mövsüm 5-ci, ümumilikdə isə 89-cu qələbəsini əldə edib. Mercedes isə Ştiriya yarışından sonra ilk dəfə qələbə dublu əldə edib.

Lyuis Həmilton: “Ən asan yarışlardan biri deyildi. Bir neçə problem yaşadıq. Beşinci döngəyə təkərləri blokladım və boliddə titrəmə başladı. Daha sonra isə son döngədə təkərləri blokladım.

Təkərin temperaturu get-gedə düşürdü. Təkərlər kauçuk itirdikcə, istilik də itir. Buna görə də çətinlik çəkdik, lakin hər şey qaydasında idi. Qorxurdum ki, İngiltərədəki kimi təkər partlayar. Buna görə də onlara nəzarət edirdim. Ancaq yarış bitdikdən sonra təkərdə kauçuk olduğunu gördüm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*