L.Həmilton: Çox məyus deyiləm

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, "gümüşü oxlar" Bakıda Melburndakı qədər sürətli deyillər.

F-1.az xatırladır ki, britaniyalı sürücü 4 həftə əvvəl Melburndakı yarışda 2-ci yeri tutmuşdu. Lakin dünənki sprint yarışında Karlos Saynsı keçmək istərkən, Alonso tərəfindən keçilib və yeddinciliyə razı olub. Yeddiqat Dünya Çempionu komanda yoldaşı Rasselldən də geridə qalıb.

Lyuis Həmilton: “Çox məyus deyiləm. Bu sadəcə bir yarışdır və bu dəfə uduzudum. Geriyə düşmək heç vaxt yaxşı hal deyil, amma bəzən belə hallar olur. Bu gün öndəki maşınların tempinə sahib deyildim, amma bu hal sprint yarışında oldu. Bunun səbəbini isə çox yaxşı bilirəm.

Sazlanmaları yenidən təhlil edəcəyik və ümid edirəm ki, əsas yarış üçün bəzi şeyləri daha yaxşı vəziyyətə gətirəcəyik. Çətin olacaq, amma hər şey baş verə bilər”.

Qeyd edək ki, yeddiqat Dünya Çempionu Lyuis Həmilton bugünkü əsas yarışa 5-ci yerdən start verəcək.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*